GƏNCƏ ŞƏHƏRİNİN GERBİ

Emblemdə olan ölçü rəmzləri:
Günəş – əbədi həyat simvolu;
Ay – əbədi işıq rəmzi (ağ işıq olduğuna görə daha çox azadlıq rəmzi kimi işlədilir);
Səkkizguşəli ulduz (günəşin rəmzi) – azərbaycançılıq simvoludu;
Ay üzərində palıd yarpağı – möhtəşəmlik, uzun ömürlülük və müdriklik simvoludur;
Fon – yerliyin yaşıl olması, islamçılığın rəmzidir.
Aşağıda yazılmış Gəncə adı vizual baxımdan kompozisiyanın birbaşa hifz olunmağına şərait yaradır. Emblemdə monumentallıq və əzəmət əsas yer tutur.
Bu rəmzlər birləşərək Gəncə şəhərinin obrazını, onun qüdrətini, tarixini və mənəvi dünyasını bəşəri bir səviyyədə yaşadır.