Məhsəti Gəncəvi adına
Elektron Kitabxana 
 
                                 Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
 
HEYDƏR ƏLİYEV

 

 

ELEKTRON KITABXANA

ELEKTRON KATALOQ

Əziz oxucular!

 

Gəncə şəhər Məhsəti Gəncəvi Elektron Kitabxanasına xoş gəlmisiniz.

 



Elektron kitabxana informasiyalaşmış cəmiyyətin baza prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edəcək.


Kitaqbxana məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyacaq. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edəcək.


Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir.


Elektron kitabxananın informasiya ehtiyatları ilə komplektləşməsi əsasən oxucu sorğusu əsasında həyata keçiriləcək. Buna görə də oxuculardan xahiş olunur ki, ödənilməyən informasiya tələbatları haqda məlumat versinlər.