Məhsəti Gəncəvi adına
Elektron Kitabxana 
 
                                 Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
 
HEYDƏR ƏLİYEV
Xəbərlər

 

Məhsəti Gəncəvi Mərkəzində “Dünya Azərbaycan qadınlarının gözü ilə” adlı Gəncə qadın rəssamlarının rəsm sərgisi

 
Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi və şəhər ictimaiyyəti nümayəndələri şəhərdə yaşayıb-yaradan 23 qadın rəssamın 110-dan artıq qrafika, yağlı və sulu boya, tikmə, eləcə də vitraj üsulla yaratdıqları əsərlərə, həmçinin dekorativ tətbiqi sənət nümunələrinə, xalça üzərində maraqlı kompozisiyalara baxmışlar. Sərgidə rəssam Əminə Bağırovanın kətan üzərində yağlı boya ilə işlədiyi “Ana qayğısı”, Fərqanə Əliyevanın “Miniatür”, Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri Məhbubə Həsənovanın ağac üzərində “Qədim Gəncə” və “Nizami Gəncəvi” əsərləri, Xatirə Bayramovanın toxuduğu “Allah böyükdür” xalçası və s. nümunələr tamaşaçılarda böyük maraq oyatmışdır. Sərgi iyul ayının 18-dək davam edəcək.

 

Bakıda  keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun fransalı iştirakçıları Gəncədə Məhəsti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr edilmiş yubiley tədbirlərində iştirak etmişlər.

 
Yubiley şənliklərinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Gəncə şəhər İcra Hakimiyyətində fransalı qonaqlarla dəyirmi masa arxasında görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonqları salamlamış və bu yaxınlarda Fransada keçirdiyi görüşləri məmnunluqla xatırlamışdır.

Görüşdən sonra qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.

"Məhəbbət bəstəkarı və gözəllik aşiqi” 

Gəncə şəhər Mərkəzi Кitabхanada Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr edilmiş "Məhəbbət bəstəkarı və gözəllik aşiqi" adlı tədbir keçirilmişdir.
Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq qonaqları salamlamışdır və sözü əməkdar mədəniyyət işçisi şair Sahib İbrahimliyə verilmişdir. Şair Azərbaycan ədəbiyyat tarixində Məhsəti Gəncəvinin özünəməxsus yeri tutduğundan söhbət açmışdır. Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə, Gəncə Dövlət Universitetinin professorı Abbas Səmədov XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Məhsəti Gəncəvinin həyat və yaradıcılığında ətraflı məlumat vermişdilər.
Çıxışçılar: Gəncəli şairlərdən Bahadur Fərman, Mikayıl Yanar, Zaur Quliyev, İnqilab İsaq, şairə Aləmzər Əlizadə, İradə Aytel, Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin baş məsələhtçisi Bəxtiyar Muradov öz çıxışlarında ədəbiyyatımızın inkişafında mühüm rolu şeir məktəbinin yaradıcılarından biri olan Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar ilə çıxışlar etmişlər.
Tədbirin bədii hissəsində C.Cabbarlı adına Gəncə Dövlət Daram Teatrının aktrisalarının, kitabxananın əməkdaşları və fəalı məktəbli oxucularının ifasında şairənin şeirləri səslənmiş, F.Əmirov adına 1 saylı musiqi məktəb kollektivinin ifasında şairənin sözlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur.
Tədbir iştirakçıları " Məhsəti Gəncəvi – 900" adlı kitab sərgisi ilə tanış olmuşdular.
  

 

"Söz sənətimizin zərif dühası”

 MKS-nin 7 saylı kitabxana filialında klassik poeziyamızın parlaq nümayəndəsi,məşhur şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş "Söz sənətimizin zərif dühası” başlığı altında oxucu konfransı keçirildi. Tədbiri açan kitabxananın müdiri Natella Hacıyeva Məhsəti Gəncəvinin milli poeziyamızda, ədəbiyyat tariximizdə bənzərsiz yerindən, zəngin yaradıcılığından danışdı. 25 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əliyeva Səmadil qeyd etdi ki, qədim mədəniyyət mərkəzi Gəncədə dünyaya göz açmış Məhsəti, müasiri Nizami kimi mükəmməl təhsil almış, poeziya, fəlsəfə, musiqi, şahmat və başqa sahələrdə öz dövrünün sənətkarlarından heç də geridə qalmamışdır. Onun 200-dən artıq rübaisi var. GDU-nin tələbəsi Lalə Verdiyeva "Məhsəti Gəncəvi eşq şairidir,gözəllik şairidir” , 25 saylı məktəbin dil-ədəbiyyat müəllimi Dürrə Məmmədova "Məhsəti şerinin ənənələri”, GDU-nin dil-ədəbiyyat fakultəsinin tələbəsi Gülzar Məmmədova "Şerimizdə rübai və rübaidə Məhsəti” mövzularında çıxışlar etdilər. Sonra tədbir iştirakçıları kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Məhsəti Gəncəvi-900” adlı sərgi ilə tanış oldular.

 

 Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş poçt markası buraxılmışdır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş poçt markasını təqdim etmişdir.

Markanın nominal dəyəri - 60 qəpik, tirajı - 200 min ədədt təşkil edir.

 
 
  

Qədim Gəncə Möhtəşəm yubiley ərəfəsindərir -Məhəsti Gəncəvi 900

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən Gəncə şəhərində 2013-cü ilin may ayının 31-də və iyun ayının 1-də ümumşəhər yubiley tədbirləri keçirilmişdir.

  

 Məhsəti Gəncəvi - 900

Azərbaycanın İntibah tarixində xüsusi yeri olan, qədim və zəngin milli-mədəni dəyərlərə malik Gəncə şəhərinin dünyaya bəxş etdiyi Şeyx Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Ömər Gənci, Qivami Gəncəvi, Əbubəkr Gəncəvi, Rəziyyə Gəncəvi, Siti Gəncəvi kimi dahilər sırasında ilk məşhur Şərq şairi, mütəfəkkiri, ilk şahmatçı qadın, ilk görkəmli musiqiçi qadın və ilk bəstəkar Məhsəti Gəncəvinin özünəməxsus yeri vardır.

Təsadüfi deyildir ki, bir sıra klassiklərimizin əvəzsiz elmi, ədəbi irsinin tədqiqi və təbliği sahəsində çoxsaylı qərarlar vermiş ulu öndər Heydər Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Məhsəti Gəncəvinin irsinə böyük qiymət vermiş, əsərlərinin öyrənilməsi, nəşri, təbliği, yubileylərinin keçirilməsi, adının əbədiləşdirilməsi sahəsində böyük işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin söylədiyi "Nizami və Məhsəti kimi böyük mütəfəkkir, dühaları dünyaya bəxş edən Gəncəyə eşq olsun” sözləri dahi rəhbərimizin maddi-mədəni irsimizə ehtiramının göstəricisidir.  Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyə və təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin alim və tədqiqatçıları tərəfindən Məhsəti Gəncəvi haqqında elektron ensiklopediyalarda olan məqalələr araşdırılmış, şairin yaradıcılığının 900 illik yubileyi elmi monoqrafiyalarda qeyd edilmişdir. Dahi şairin doğma vətənində təntənəli şəkildə yubileyinin qeyd edilməsi elektron resurslar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktik konfransın keçirilməsinə hazırlıq işləri görülmüş, konfransda Azərbaycanla yanaşı, dünyanın bir sıra görkəmli alimlərinin iştirakı nəzərdə tutulmuşdur. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubiley tədbirləri sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə İsgəndəriyyə, Bruklin kitabxanalarında, Böyük Britaniya Milli Kitabxanasında, ABŞ-ın Metropoliten və Smitsoniya Milli Təbiət Tarixi Muzeyində, Yeli Universitetində Məhsəti Gəncəvi rübailərinə çəkilmiş illüstrasiya və miniatürlərın qorunan nadir nüsxələrinin şairin doğma yurduna gətirilməsi də qeyd edilməlidir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Böyük Britaniyanın Milli Kitabxanasında qorunan görkəmli ingilis şərqşünası Pol Smitsin Məhsəti Gəncəviyə həsr etdiyi dörd monoqrafiya şairin doğma yurduna gətirilmiş və tərcümə edilərək çap olunmuşdur. Ümumilikdə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubiley tədbirləri sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şairin doğma yurduna 110 illüstrasiya və miniatürün qorunan nadir nüsxələri gətirilmişdir. İlk dəfə olaraq bu dəyərli sənət əsərləri toplu şəklində hazırlanmış və nəşr edilmişdir. Qeyd olunan illüstrasiya və miniatürlərin nadir nüsxələrinin çoxsaylı beynəlxalq nümayəndələrin iştirakı ilə keçiriləcək ümumşəhər sərgisində nümayiş etdirilməsi də Gəncənin mədəni tarixində əlamətdar hadisə kimi yaşayacaqdır.