Məhsəti Gəncəvi adına
Elektron Kitabxana 
 
                                 Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
 
HEYDƏR ƏLİYEV
Görkəmli Şəxslər Məhsəti Gəncəvi Haqqında
 
Məhsəti xanım Azərbaycan xalqının mənəvi aləminin bəşəriliyini,böyüklüyünü və insanpərvərliyini tərənnüm etdirən görkəmlisöz sərafıdır. Onun cox zəngin ədəbi irsi müfəssəl və elmi surətdə dərindən tədqiq olunmalıdır.
 
Heydər Əliyev


Məhsəti Gəncəvinin yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış , sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühümtəsir göstərmişdir.
 
İlham Əliyev
 
Məhsəti xanım buludlardan damlayan bir mirvari damcısıdır, O, yerə Gülüstanın ən gözəl gülü kimi ətir saçmış, şeirlə bərabər musiqi sahəsində də poeziya məclislərini bəzəmişdir.
 
Şəhab Taheri
 
Şərq qadınları ancaq çadra altında olduqları halda, məhz Məhsəti xanım bunu atıb açıq söz deməyə cəsarət etmişdir. Maraqlıdır ki, Avropa qadınları o dövrdə kişilərlə yan - yana otursalar da cürət tapıb şeir deməyə cəssarət edə bilməmişlər.
 
Ustad Səid Nəfisi
 
Məhsəti xanımın fitri istedadı hamını heyrətə salır.
 
Məhəmməd Həsən xan
 
Məhsəti xanım şeir söyləməkdə hətta kişi şairlərindən heç də də geri qalmırdı.
 
Dövlətşah Səmərqəndi
 
Məhsəti gözəldir, rübailəri də məhz bu gözəllikdən qaynaqlanıbdır.
 
Alman tədqiqatçısı
Frist Meyer