Məhsəti Gəncəvi adına
Elektron Kitabxana 
 
                                 Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
 
HEYDƏR ƏLİYEV
GƏNCƏ ŞƏHƏRİNİN GERBİ
 

Günəş, ay və səkkizguşəli ulduz yadelli işğalçılara qarşı mərdliklə vuruşmuş və 1804-cü ildə bu mübarizədə həlak olmuş Gəncə hökmdarı Cavad xanın bayrağının üstündə olan emblemin analoqudur.

Emblemdə olan ölçü rəmzləri:

Günəş – əbədi həyat simvolu;

Ay – əbədi işıq rəmzi (ağ işıq olduğuna görə daha çox azadlıq rəmzi kimi işlədilir);

Səkkizguşəli ulduz (günəşin rəmzi) – azərbaycançılıq simvoludu;

Ay üzərində palıd yarpağı – möhtəşəmlik, uzun ömürlülük və müdriklik simvoludur;
Fon – yerliyin yaşıl olması, islamçılığın rəmzidir.
 

Aşağıda yazılmış Gəncə adı vizual baxımdan kompozisiyanın birbaşa hifz olunmağına şərait yaradır. Emblemdə monumentallıq və əzəmət əsas yer tutur.

Bu rəmzlər birləşərək Gəncə şəhərinin obrazını, onun qüdrətini, tarixini və mənəvi dünyasını bəşəri bir səviyyədə yaşadır.