Məhsəti Gəncəvi adına
Elektron Kitabxana 
 
                                 Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
 
HEYDƏR ƏLİYEV
Məhsəti Gəncəvi mərkəzi

Ünvan: Gəncə şəhəri, Əttarlar küçəsi

Məhsəti Gəncəvi Mərkəzi 2013-cü ildə "Heydər Əliyev" Fondunun dəstəyi ilə inşa edilmişdir.
Mərkəzin binasının qarşısında Məhsəti Gəncəvinin möhtəşəm heykəli (müəllifi heykəltəraş Münəvvər Rzayeva), ətrafında isə Məhsəti bağı salınmışdır.
Məhsəti Gəncəvi Mərkəzi III mərtəbədən ibarətdir.
 
   
 
I  mərtəbə
 
Burada Məhsəti müzeyi, Elektron Kitabxana, Oxu zalı, Elektron məlumat lövhəsi vardır. I- ci mərtəbədə eyni zamanda "Heydər Əliyev" fondu tərəfindən nəşr olunmuş kitablar və Azərbaycan bəstəkarlarının əsərləri yazılmış disklərdən ibarət sərgi nümayiş etdirilir.
 
 
   
 
 

   

II  mərtəbə
 
 II - ci mərtəbədə Məhsəti otağı yerləşir. Otaqda Respublikanın Əməkdar rəssamı İsmayil Məmmədovun "Məhsəti Dünyası" adlı, şairin rübailərinə həsr etdiyi miniatür sərgi nümayiş etdirilir.
Məhsəti otağında quraşdırılmış monitorda şairin Azərbaycan və ingilis dilində rübailəri göstərilir. 
Bu mərtəbədə həmçinin Məhsəti dövrünü əks etdirən "Milli qeyimlər" sərgisi, Şahmat fiqurları, Məhsəti Gəncəvinin müxtəlif illərdə nəşr olunmuş kitabları, Azərbaycan muğamları yazılmış disklər, Rəssamlıq Qalereyası, şairin büstü, Milli musiqi Alətləri sərgisi və s. yerləşir.
 
 
  
       
 
Şahmat Haqqında
 
 
Zülfün camalına bir yaraşıqdır,
Xərabat əhlinə nurdur, işıqdır,
Ey Şərg günəşinin nuru, xoş gəldin!
Gözəllər şahına qapı açqıdır.
 
O gözəl üzünün bəndəsiyik biz,
Eşqindən avarə olub könlümüz,
Müdam qynayırıq qəm şahmatını
Birdən mat eyləsəm incimə hərgiz. 
III  mərtəbə
 
Burada Gəncə şəhər Mədəniyyət və Turizm idarəsi, Musigi studiyası, Muğam şöbəsi və 140 nəfərlik iclas zalı yerləşir.
Məhsəti Gəncəvi mərkəzi İnternetlə təchiz olunur.